<?xml version="1.0" encoding="UTF-8"?><song><title>İstəmirəm bu dünyanın malın, dövlətin İL466</title>
<lyrics>[V1]
 İstəmirəm bu dünyanın malın, dövlətin,
 İstəmirəm bu dünyanın sözün, söhbətin,
 İstəmirəm bu dünyanın tərif, izzətin,
 Çünki qaranlıqdır, yalandır dünya.

[C1]
   Yalandır, yalandır, yalandır dünya
   Sonu puç, vəfasız, talandır dünya.

[V2]
 Dünya kədərlidir, dünya qaranlıq,
 Dünya günahlıdır, dünya qarışıq.
 İnsanlar təsəlli gəzir burada
 Axtarır, tapmayır bu qaranlıqda.

[V3]
 Tapdıq rahatlığı Rəbb İsada biz,
 Sonsuz məhəbbəti, mərhəməti biz.
 Tapdıq biz sevinci və səadəti,
 Tükənməz inamı və sədaqəti.

[V4]
 Dünyada bir Nur var, O da Məsihdir,
 Ruhumuza məlhəm Rəbb sevgisidir.
 Tövbə et, xilas ol, vaxta az qalır,
 Nə qədər xilas qapısı açıqdır.</lyrics>
<hymn_number>466</hymn_number>
</song>